Niyə biz?

İnfocard açıqcaları  - reklamın xüsusi növüdür.

Açıqcalar reklamın mobil daşıyıcılarıdır.Onları,lazımı məlumatı saxlamaq ,vizitka kimi istifadə etmək və həm özünü həm ətrafdakıları gözəl hədiyyə ilə sevindirmək üçün götür mək olar . Açıqcaları kitabın arasına qoyulan nişan kimi istifadə etmək , maqnit vasitəsi ilə soyuducudan asmaq , iş otagında rəflərdə yerləşdirmək, çərçivəyə qoymaq və sadəcə kolleksiya etmək olar.

Açıqca, onu əldə edən hər bir kəsi sevindirən demək olar ki yeganə reklam növüdür.

Bizim reklamın mahiyyəti qalaq-qalaq lazımsız kağız yaymaqdan ibarət deyil. Biz məqsədli auditoriyası olan yerləri seçir və məhz bu auditoriya üçün reklam verən şəxs / idarə müəyyən edirik. Reklam verən şəxs/idarə bütöv şəbəkəni əhatə etmək ücün külli miqdarda pul sərf etmir. O, yalnız tələb olunan yerləri seçir və istədiyi qədər əlaqələr eldə edə bilir.

İnfocard layihəsinin üstün cəhətləri:

1. İnfocard  - Azərbaycanda reklam açıqcalarının ilk və ən böyük yayım sistemidir.

2. Layihənin yeniliyi İnfocard stendləri olan müəssələrə gələnlərin hər birinin ilkin marağını təmin edir.

3. İnfocard müəyyən hədəf nöqtələri seçmək imkanı deməkdir.( reklam yayımı nöqtələr

reklam verən şəxs tərəfdən seçilir ).

4. Reklam, ona ehtiyac duyanlar tərəfindən əldə edilir.

5. Açıqcaların yüksək keyfiyyətli kagızdan hazırlanması onların davamlılıgını təmin edir

və  reklam kampaniyasının səmərəli olmasına zəmin yaradır.

6. Açıqca – pulsuz məlumat mənbəyidir. Qeyri – adi dizayn diqqəti cəlb edir və açıqcaların arxa tərəfindəki yazını oxumaga vadar edir .

7. Sizin reklamı ən azı 600 000 nəfər görəcək. Açıqcanı götürən şəxs onun üzərində göstərilən məlumata   loyaldır,   çünki  təqdim edilən reklam  göz oxşayır.

8. Açıqcalar vasitəsi ilə güzəştlər, discont kartları, pulsuz xidmətlər əldə etmək olar.

9. Açıqcaların üzərində reklamın xüsusiyyəti və başlıca üstün cəhəti onun zəhlə tökən olmamasıdır.

10. Acıqcalardakı reklam həyatımızın bir hissəsinə çevrilir. Maraq , incəsənətə sevgi

və pulsuz nə isə əldə etmək arzusu öz işini görür.

11. İnfocard açıqcası  -  mobil reklam daşıyıcısıdır.

12. İnfocard bahalı olmayan reklamdır.

13. İnfocard operativlik deməkdir. Bəzi hallarda açıqca məlumatın müştəriyə çatdırılmasının yeganə çevik və səmərəli üsuluna çevrilir.

14. İnfocard məqsəd auditoriya ilə potensial əlaqələrin coxsaylı olması deməkdir  -  xoşladığın açıqcanı həmişə dost , tanışa göstərmək arzusu yaranır.

15. İnfocard – yol ayrıcı və yeraltı keçidlərdə paylanmır.

16. Açıqcalar bir çox yerlərdə yayılır , halbuki  banner və iri həcmli reklam plakatlarının

şəhərdə qoyulan yerləri məhduddur.

17. İnfocard - da  – reklam kampaniyasını asanlıqla  nəzarət etmək olar.

18. Açıqcaların istifadəsində məhdudiyyət yalnız onun sahibinin fantaziyasından asılıdır, halbuki flayer və vərəqələr sadəcə məlumatlandırıcı funksiya daşıyır.

Pulsuz açıqcalar sistemi konsepsiyası alıcı və reklam verən şəxs/müəssisə arasında tamalə yeni münasibət nəzərdə tutur. O , alıcıya qarşı hörmət üzərində qurulur və alıcının estetik zövqünə müraciət edir.